AZ

Raketlər Türkiyəyə haradan atılıb? Yeri müəyyən edildi

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

İrandan atılan və Türkiyə üzərində məhv edilən raketlərin mənbəyi ilə bağlı yeni detallar məlum olub. 

Təhlükəsizlik mənbələrinin məlumatına görə, Türkiyəyə istiqamətlənən iki raketin də buraxılış nöqtəsi eyni olub. 

İlkin araşdırmalar göstərir ki, raketlər Tehranın şərqində yerləşən bir bölgədən atılıb və onların təxminən 1200 kilometr uçuş məsafəsinə malik olduğu müəyyən edilib.

Məlumata görə, İranda mərkəzi idarəetmə sistemində yaranan problemlər səbəbindən bölgədəki hərbi komandanın əvvəlki əmrləri icra etmiş ola biləcəyi ehtimal edilir.

Bildirilib ki, Türkiyə İran tərəfindən atılan və ölkənin hava məkanına daxil olan raketlərin mənbəyini Tehranın şərqindəki ərazi kimi müəyyən edib. Həmin raketlər İraq və Suriya üzərindən keçərək Türkiyə hava məkanına daxil olub və NATOnun hava müdafiə sistemləri tərəfindən havada məhv edilib.

Hadisə ilə bağlı Türkiyə rəhbərliyi İran tərəfinə rəsmi xəbərdarlıq edib. Rəcəb Tayyib Ərdoğan, Məsud Pezeşkianın təşəbbüsü ilə baş tutan telefon danışığında bildirib ki, Türkiyə tərəfi olmadığı münaqişələrdən mənfi şəkildə təsirlənir. O vurğulayıb ki, hansı səbəbdən olursa-olsun Türkiyə hava məkanının pozulması qəbuledilməzdir və Ankara bütün zəruri tədbirləri görməyə davam edəcək.

Eyni məsələ ilə bağlı Hakan Fidan da Abbas Əraqçi ilə telefon danışığı apararaq regionda risk yarada biləcək addımlardan çəkinməyin vacibliyini bildirib.

İranın xarici işlər naziri Abbas Əraqçi isə Türkiyə hava məkanına yönələn raketlərin İran tərəfindən atılmadığını iddia edib.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
71
azpolitika.info

1Mənbələr