AZ

AÇ-2027: Azərbaycan millisi qrup lideri ilə üz-üzə

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, yığmamız 4-cü tur çərçivəsində səfərdə Bolqarıstan komandası ilə üz-üzə gələcək.

Plovdiv şəhərindəki "Kolodrum Arena"da təşkil olunacaq görüş saat 21:00-da start götürəcək.

Qeyd edək ki, E qrupunda yarışan Azərbaycan millisi əvvəli görüşlərində Bolqarıstana (48:141), Monteneqroya (62:104) və Ukraynaya (34:98) uduzub. Komandamız 3 xalla sonuncu - dördüncü sırada qərarlaşıb.

Növbəti günlərdə Azərbaycan millisi səfərdə Monteneqro (14 mart, saat 20:00-da başlayacaq) və evdə Ukrayna (17 mart, saat 19:00) ilə də qarşılaşacaq.

Final mərhələsinə vəsiqə qazanmaq üçün komandalar ilk iki yerdən birini tutmalı və ya qrup üçüncüləri arasında ən yaxşı nəticəni göstərməlidirlər. 

AÇ-2027-nin final mərhələsi Belçika, İsveç, Finlandiya və Litvada keçiriləcək.

1. Bolqarıstan 3 3 0 +117 6
2. Ukrayna 3 2 1 +50 5
3. Monteneqro 3 1 2 +32 4
4. Azərbaycan 3 0 3 -199 3

Seçilən
77
1
fanat.az

2Mənbələr