AZ

Sağlam qidalanmaq üçün bu məhsulları SEÇİN

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dietoloq Rob Hobson qanda xolesterinin səviyyəsini normallaşdırmağa kömək edən qidalanma vərdişlərini açıqlayıb.

Redaktor.az xəbər verir ki, onun tövsiyələrini "Daily Mirror" nəşri yayıb.

Mütəxəssisin sözlərinə görə, düzgün qidalanma vasitəsilə xolesterinin səviyyəsini effektiv şəkildə azaltmaq mümkündür. O bildirib ki, pəhriz xüsusilə xolesterin göstəricisinin az miqdarda yüksəldiyi erkən mərhələlərdə yaxşı nəticə verir, daha ciddi hallarda isə müalicəyə əlavə dəstək kimi istifadə oluna bilər.

Hobson qeyd edib ki, belə pəhrizin prinsipləri sadədir və onları gündəlik həyatda tətbiq etmək çətin deyil. Bunun üçün rasionda liflə zəngin qidaların miqdarını artırmaq, heyvani yağ və zülalların ən azı yarısını bitki mənşəli məhsullarla əvəz etmək tövsiyə olunur.

Dietoloq əlavə edib ki, kərə yağı əvəzinə zeytun yağından istifadə etmək, ət məhsullarını isə daha çox yumurta və yoqurtla əvəzləmək faydalıdır. Bundan başqa, xolesterinin azalmasına kömək edən maddələr ehtiva etdiyi üçün rasiona cücərdilmiş buğda da əlavə edilməlidir.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
1
redaktor.az

2Mənbələr