AZ

Xarkova hücum: ölənlər və yaralılar var

Reyting.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ukraynanın Xarkov vilayətinin Şevçenkivski rayonunda mülki müəssisəyə Rusiya dronlarının hücumu qeydə alınıb. Hücum nəticəsində ölən və yaralanan var.

Reyting.az xəbər verir ki, bu barədə Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov “Telegram”da məlumat verib.

O, yanğın baş verdiyini və bütün təcili yardım xidmətlərinin hadisə yerində işlədiyini qeyd edib.

“Rusiyanın Xarkovun Şevçenkivski rayonuna hücumu nəticəsində iki ölü və yeddi yaralı olduğu bildirilir”, - Sinequbov əlavə edib.

Onun sözlərinə görə, tibb işçiləri Rusiyanın Xarkovda mülki müəssisəyə hücumunda yaralananlara yardım göstərirlər. 47, 50 və 60 yaşlı qadınlar, eləcə də 39 və 49 yaşlı kişi hazırda xəstəxanadadır. Daha sonra iki yaralı kişi xəstəxanaya aparılıb.

Qeyd edək ki, Rusiya hər gün Xarkova dronlar və raketlərlə hücum edir.

V. QULİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
reyting.az

1Mənbələr