AZ

NYT: İranın qisas hücumları nəticəsində 17 ABŞ obyektinə ziyan dəydi

“The New York Times” (NYT) qəzeti ABŞ və İsrailin hücumlarına cavab olaraq İranın cavab hücumları nəticəsində 17 ABŞ obyektinə ziyan dəydiyini bildirib.

Turkustan.az xəbər verir ki, NYT xəbərini peyk görüntülərinə, təsdiqlənmiş sosial media videolarına və ABŞ və İran rəsmilərinin açıqlamalarına əsaslanaraq hazırlayıb və hücumlar başlayandan bəri İran tərəfindən ən azı 17 ABŞ hərbi və diplomatik obyektinə dəfələrlə zərbə endirildiyini bildirib.

Hesabatda İranın bir neçə ABŞ obyektini dəfələrlə hədəf aldığı qeyd olunub.

Hesabatda hücumların bəzi ABŞ administrasiyasının rəsmilərinin gözlədiyindən daha geniş miqyaslı olduğu və İranın münaqişəyə hazırlıq səviyyəsinin gözləniləndən daha yüksək ola biləcəyi göstərilir.

Hesabatda bildirilir ki, hücumlar başlayandan bəri İran ABŞ və müttəfiqlərinin Yaxın Şərqdəki hərbi hədəflərinə minlərlə raket atıb və dronlar göndərib.

Hücumların əksəriyyətinin qarşısı alındığını bildirən ABŞ rəsmilərinə istinadən verilən xəbərdə bölgədəki ən azı 11 ABŞ hərbi bazası və ya obyektinin zədələndiyi, bu da ərazidəki bütün obyektlərin təxminən yarısının zədələndiyi bildirili.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
31
1
turkustan.az

2Mənbələr