
"İsrail İrandan sonra Türkiyə ilə qarşıdurmaya girə bilər”.
Missiya.Az xəbər verir ki, bunu İsrailin sabiq Baş naziri Naftali Bennet deyib.
O bildirib ki, Ankaranın regional İslam ittifaqı kimi təsvir etdiyi bir ittifaq quracağı təqdirdə İsrail Türkiyə ilə gələcəkdə qarşıdurmaya girə biləcək:
“İsrail belə bir blokun onun təhlükəsizliyini təhdid etdiyinə inanarsa, cavab verəcək. Əgər Türkiyə yeni təhdid olarsa, biz onları da vurmaq məcburiyyətində qala bilərik", - deyə Bennet vurğulayıb.
Daşqın HəsənovMissiya.Az