AZ

İran boynuna almırdı: Türkiyə sübut etdi

Türkiyə son iki həftədə eyni bölgədən atılan raket hücumlarını izləyərək İran hökumətinə xəbərdarlıq edib.

Prezident Rəcəb Tayyib Ərdoğan İran Prezidenti ilə telefon danışığında Türkiyə hava məkanına yönələn hücumların qəbuledilməz olduğunu vurğulayıb.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, Xarici işlər naziri Hakan Fidan İranlı həmkarı ilə görüşərək risk yarada biləcək hərəkətlərdən çəkinməyə çağırıb. İran isə raketlərin öz ərazisindən atılmadığını bildirib.

Təhlükəsizlik mənbələri raketlərin eyni mənzildən atıldığını və Tehranın şərqindən gəldiyini təsdiqləyib.

Eyni zamanda, ikinci raketin Şərqi Aralıq dənizində NATO-ya təyin olunmuş ABŞ gəmisindən atılan tutucu raketlə vurulduğu, mənzilinin birinci raketlə eyni, 1200 km olduğu qeyd olunub.

Seçilən
102
cebheinfo.az

1Mənbələr