Bakı. Trend:
Ötən illər ərzində görülən işlər nəticəsində Azərbaycanhökumətin süni intellektə hazırlıq indeksi üzrə 195 ölkə arasındaartıq 70-ci yerə gəlib çıxıb.
Trend xəbərverir ki, bunu bu gün rəqəmsal inkişaf və nəqliyyat nazirininmüavini Saməddin Əsədov Milli Məclisin Aqrar siyasət komitəsindəkeçirilən “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələrvə perspektivlər” mövzusunda ictimai dinləmədə deyib.
“Biz həm yaxın regionda, yəni Mərkəzi Asiyada da ortagöstəricidən də yuxarıyıq, ən yüksək yerlərdən birini tutmuşuq.Qafqazda aydın məsələdir ki, ilk yerdəyik. Həmçinin BirləşmişMillətlər Təşkilatının elektron hökumətin inkişafı indeksində dəbiz artıq çox yüksək inkişaf etmiş ölkələr kateqoriyasına daxilolmuşuq”, - nazir müavini bildirib.
S.Əsədov vurğulayıb ki, qarşıdakı əsas hədəf bu dinamikanı davametdirmək, süni intellektin ölkəmizdə dayanıqlı inkişaf,rəqabətqabiliyyətli iqtisadiyyat və səmərəli dövlət idarəçiliyininaparıcı alətlərindən birinə çevirməkdir.