AZ

İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərt qoydu


İran vasitəçiliklə əldə edilən atəşkəs təşəbbüslərini rədd edir və ABŞ ilə danışıqlar üçün öz şərtlərini irəli sürür.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı mənbələrə istinadla məlumat verib.
“İran atəşkəs danışıqlarında vasitəçilik etmək istəyən ölkələrin bütün təkliflərini rədd edir və diplomatik prosesin bərpası üçün ABŞ-dən müəyyən zəmanətlər tələb edir”, - telekanal qeyd edib.
Telekanalın məlumatına görə, İran rəhbərliyi vasitəçilərin hazırkı təkliflərini qeyri-kafi hesab etdiyi və daha konkret öhdəliklərdə təkid etdiyi üçün rədd edir.
Telekanalın xəbər verdiyi kimi, xüsusilə, Tehran Vaşinqtondan gələcəkdə İrana qarşı təcavüzkarlıq etməməsinə, kompensasiya ödənilməsinə və İranın nüvə enerjisi obyektlərində tam nüvə yanacaq dövriyyəsinin həyata keçirilməsinə dair zəmanət tələb edir.
Seçilən
36
2
yeniavaz.com

3Mənbələr