Bakı. Trend:
11 mart 2026-cı il tarixində ölkənin aparıcı korporativ maliyyəinstitutlarından biri olan "PAŞA Bank" ilə “PAŞA Kapital” (başbroker qismində), “Unicapital” və “ABB Invest” broker şirkətləriarasında əməkdaşlıq sazişlərinin imzalanma mərasimi keçirilib.

Sazişlər bankın planlaşdırdığı İlkin Kütləvi Təklif (IPO) üzrəsəhmlərin yerləşdirilməsi çərçivəsində potensial investorlarıniştirak imkanlarının genişləndirilməsinə xidmət edir. Razılaşmayaəsasən, investorlar "PAŞA Bank"ın səhmlərini həmin brokerşirkətlərinin investisiya platformaları vasitəsilə əldə edəbiləcəklər.
İnvestorlar səhm alışının bütün mərhələlərini bu investisiyaplatformaları vasitəsilə tam şəkildə onlayn həyata keçirəbiləcəklər. Buraya investisiya hesabının açılması, sifarişlərinverilməsi və əldə olunan qiymətli kağızların sonrakı idarə olunmasıdaxildir. "PAŞA Bank" səhmlərinin bir neçə platforma üzərindənsatışa çıxarılması həm şəffaf yanaşmanı təmin edir, həm də genişinvestor auditoriyasının səhmlərə rahat və əlçatan çıxışını mümkünedir.
"PAŞA Bank"ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısıMurad Süleymanovun sözlərinə görə, bankın bir neçə aparıcı brokerşirkəti ilə əməkdaşlığı, investorlara "PAŞA Bank"ın səhmlərini daharahat platforma vasitəsilə əldə etmək imkanı yaradır.
“Əminəm ki, "PAŞA Bank"ın planlaşdırdığı səhmlərin İlkin KütləviTəklifi (IPO) üzrə yerləşdirilməsi kapital bazarının inkişafındaəhəmiyyətli mərhələ olacaq. Nəticə etibarilə, bu IPO-nu Azərbaycaniqtisadiyyatı, maliyyə sistemi və cəmiyyət üçün uzunmüddətli dəyəryaradan bir addım kimi görürük. Səhm əldə etmək istəyən investorlar"PAŞA Bank", "PAŞA Kapital", "BirBank Invest", "ABB Invest" və"Unicapital" platformaları vasitəsilə IPO-da iştirak edəbiləcəklər”, — deyə o bildirib.

Xatırladaq ki, IPO çərçivəsində bank investorlar üçünsəhmlərinin 5%-ni təklif etməyi planlaşdırır. Bu, Azərbaycanbazarında özəl bank və özəl şirkət tərəfindən həyata keçiriləcəkilk IPO olacaq.
Qeyd edək ki, "PAŞA Bank" 2007-ci ildə yaradılmış Azərbaycanınaparıcı korporativ maliyyə institutlarından biridir. Bankkorporativ, kiçik və orta biznes müştərilərinə investisiyabankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarəedilməsi, həm ənənəvi, həm də rəqəmsal bank xidmətləri təqdimedir.