AZ

Vasif Talıbovun yaxınına CİNAYƏT İŞİ AÇILDI

“Naxçıvan Taxıl Məhsulları” MMC-nin rəhbəri cinayət məsuliyyətinə cəlb olunub.

NOCOMMENT.az bildirir ki, MMC-nin icraçı direktoru Şakir Nazim oğlu Tarverdiyev vəzifə cinayətlərində ittiham olunur.

Onunla bağlı Baş Prokurorluqda cinayət işi başlandığı bildirilir.

Oxu.az saytının məlumatına görə isə “Naxçıvan Taxıl Məhsulları” MMC-nin vaxtilə Vasif Talıbovun ailəsinə məxsus olduğu bildirilən “Gəmiqaya Holdinq”lə əlaqəsi iddia olunur.

Belə ki, “MEST-1” və “MEST-3” MMC-lərin qanuni təmsilçisi Şakir Tarverdiyev eyni zamanda “Gəmiqaya Turizm” MMC-nin də qanuni təmsilçisidir.

Xatırladaq ki, “Gəmiqaya Holdinq”in adı bir müddət əvvəl “Arkoz Holdinq” olaraq dəyişdirilib. Hazırda isə ölkədə “Gəmiqaya” və “Arkoz” adları ilə fəaliyyət göstərən çoxsaylı şirkətlər mövcuddur.\\apa

Seçilən
34
17
nocomment.az

10Mənbələr