Bakı.Trend:
Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən Kür çayının Salyanrayonu ərazisindən keçən hissəsində bioloji müxtəlifliyin qorunmasıvə artırılması məqsədilə çəkikimi balıqların çaya buraxılışı həyatakeçirilib.
Bu barədə Trend-ə Balıqçılıq və Akvakultura Mərkəzindən məlumatverilib.
Bildirilib ki, tədbir çərçivəsində çəkisi 50–100 qram aralığındaolan 4 000 ədəd balıq körpəsi çaya buraxılıb. Balıqlar Mərkəzintabeliyində fəaliyyət göstərən balıqartırma müəssisələrindəyetişdirilib.
Mərkəz tərəfindən daxili su hövzələrində balıq ehtiyatlarınınbərpasına yönəlmiş balıq buraxılışı tədbirlərinin mütəmadi şəkildədavam etdirilməsi nəzərdə tutulur. Bu proses su hövzələrininbioloji balansının qorunmasına və təbii balıq populyasiyalarınıngücləndirilməsinə töhfə vermək məqsədi daşıyır.
Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı RüstəmXəlilov, kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev, Elm,təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov,Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev,mərkəzin direktor müavini Elşən Məcidov, mərkəzin Balıq və subioresurslarının idarə edilməsi və balıqartırma şöbəsinin müdiriElşad Əhmədov, Nazirliyin və yerli dövlət aqrar inkişafmərkəzlərinin nümayəndələri iştirak ediblər.
Balıqların Kür çayına buraxılması bioloji müxtəlifliyinqorunmasına, balıq ehtiyatlarının artırılmasına və çayekosisteminin bərpasına şərait yaradır.