AZ

“Şəmkir” “Xankəndi” oyununda yaşananlarla bağlı PFL dən AÇIQLAMA

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

Futbol üzrə Azərbaycan ikinci liqasının 17-ci turunda maraqlı hadisə baş verib. Belə ki, “Şəmkir”də keçirilməli olan matç təxirə salınıb. Bu oyundan sonra matçın baş tutmaması ilə bağlı müxtəlif versiyalar irəli sürüldü. Hətta “Xankəndi” klubu bəyanat yayaraq oyunun keçirilməməsinə görə “Şəmkir” klubunu ittiham etdi. Səbəb kimi isə həmin vaxt meydan sahiblərinin formalarının olmaması göstərildi. 

 

Məsələ ilə əlaqədar Peşəkar Futbol Liqası ilə əlaqə saxladıq. Qurumun  Media və Marketinq departamentinin rəhbəri Sənan Abdullayev də oyunun keçirilməməsinə görə “Şəmkir” klubunun məsuliyyət daşıdığını bildirdi:

“Əsasnaməyə görə ikinci liqada çıxış edən hər bir komanda oyundan iki gün qabaq hansı formada oynayacağını göndərməlidir. “Şəmkir” isə bunu etməyib və oyunun başlamasına 20 dəqiqə qalmış elektron məktub göndəriblər ki, bu da düzgün deyil. “Xankəndi” isə səfər formalarını götürərək Şəmkirə yollanıb. Hətta “Xankəndi”nin ehtiyat forması da olub ki, hakim ondan istifadəyə imkan verməyib. “Şəmkir”in isə əsas forması orada olmayıb ki, bu da oyunun keçirilməsinə mane olub. Məsələ ilə əlaqədar son qərarı isə Nizam İntizam Komitəsi verəcək”.Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
70
1
bizim.media

2Mənbələr