AZ

Rodriqo əməliyyat olundu: “Yeni bir hekayə başlayır” FOTO

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

İspaniyanın “Real” futbol komandasının braziliyalı hücumçusu Rodriqo uğurlu keçən əməliyyatından sonra azarkeşlərinə müraciət edib.

İdman.Biz xəbər verir ki, futbolçu sosial şəbəkə hesabında paylaşım edərək tezliklə meydanlara daha güclü qayıdacağını bildirib.

“Bu gün yeni bir hekayə başlayır. Yeni Rodriqo doğulur. Mən bütün bu prosesdən keçməyə və həyatımda Allahın nemətlərini qəbul etməyə hazıram. Dəstək mesajı yazan hər kəsə minnətdaram. Allaha şükür, əməliyyat uğurla keçdi!”.

Qeyd edək ki, zədə səbəbindən bir müddət yaşıl meydanlardan uzaq qalacaq futbolçunun bərpa müddəti həkimlərin nəzarəti altında davam edəcək.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
2
icma.az

3Mənbələr