ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda qadını yandırıb öldürməkdə təqsirləndirilən Röyal Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Tağıyev 9 il azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2024-cü il aprelin 18-də Tovuz rayonu ərazisində baş verib. Rayon sakini, 2002-ci il təvəllüdlü Röyal Tağıyev aralarında yaranmış mübahisə nəticəsində tanışı, Tovuz rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək, onu yandırıb. Qadın xəstəxanaya yerləşdirilsə də, aprelin 28-də orada ölüb.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Röyal Tağıyev barəsində həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, R.Tağıyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz Rayon Şöbəsinin müdiri Rasim Tağıyevin oğludur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.