İtaliya Baş naziri Ciorcia Meloni İranın Minab şəhərində qızlar məktəbinə raket zərbəsini qınayıb, ölənlərin yaxınları ilə həmrəylik ifadə edib.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, o, parlamentdə bu məsələyə toxunub.
“Bu faciəyə görə məsuliyyət daşıyanların tezliklə müəyyən edilməsini tələb edirəm”, - Baş nazir bildirib.
Eyni zamanda, Meloni qeyd edib ki, İran nüvə silahı ilə yanaşı, raket imkanlarına da malik ola bilməz.
Qeyd edək ki, fevralın 28-də qızlar məktəbinə endirilən raket zərbəsi nəticəsində 165 nəfər ölüb.
"Cebheinfo.az"