AZ

Rusiyada Ukraynanın təlimatı ilə təyyarə partlatmaq istəyən şəxs saxlanıldı VİDEO

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Təhlükəsizlik Xidmətinin tapşırığı ilə hərbi təyyarələrə dron hücumları hazırlayan Rusiyanın Vladimir vilayətinin 35 yaşlı sakini saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə TASS Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Müəyyən edilib ki, Vladimir vilayətinin sakini "WhatsApp" vasitəsilə Ukrayna Təhlükəsizlik Xidmətinin agenti ilə proaktiv şəkildə əlaqə saxlayıb və onun təlimatları ilə hərəkət edib. O, Moskva və Kaluqa bölgələrinə pilotsuz uçuş aparatlarının, eləcə də partlayıcı maddələrin, cihazların, diversiya və terror aktı həyata keçirmək üçün nəzərdə tutulan avadanlıqların çatdırılmasını təşkil edib.

Xidmətdən verilən məlumata görə, həmin şəxs rəhbərinin təlimatı ilə dəfələrlə Vladimir və İvanovo bölgələrində, Moskvada yerləşən aerodromlara səfər edib.

Xəbərdə o da qeyd olunub ki, saxlanılan şəxsin Vladimir bölgəsindəki evində dronlar, onların komponentləri, antenaları, portativ videokameralar, partlayıcı maddələr, qurğular, notbuk və rabitə avadanlığı aşkarlanaraq müsadirə edilib.

Faktla bağlı cinayət işi açılıb.

Rusiyada Ukraynanın təlimatı ilə təyyarə partlatmaq istəyən şəxs saxlanıldı - VİDEO

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
84
oxu.az

1Mənbələr