AZ

Deputat: Bu addım Azərbaycanın məsuliyyətli regional aktor kimi imicini gücləndirir

Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanın İrana humanitar yardım göndərməsi humanitar jest olmaqla yanaşı, Azərbaycanın beynəlxalq münasibətlər sistemində məsuliyyətli və praqmatik aktor kimi çıxış etdiyini nümayiş etdirir”.

Bunu Hafta.az-a Milli Məclisin deputatı Rizvan Nəbiyev Azərbaycanın İrana humanitar yardımı ilə bağlı bildirib.

Deputat qeyd edib ki, İrana humanitar yardım göndərilməsi beynəlxalq humanitar hüquqa sadiqliyin göstəricisidir və regionda sabitlik və humanitar məsuliyyət mesajı verir.

“Bu addım həmçinin ölkəmizin beynəlxalq nüfuzunu və məsuliyyətli regional aktor kimi imicini gücləndirir. İrana humanitar yardım göndərilməsi bu prinsiplərin praktiki ifadəsidir. Azərbaycan bununla göstərir ki, regionda baş verən hərbi qarşıdurmalar fonunda belə mülki əhalinin vəziyyətinə biganə qala bilməz. Xüsusi ilə nəzərə alsaq ki, İranda milyonlarla soydaşımız, müsəlman bacı-qardaşlarımız yaşayır. Ərzaq məhsulları və dərman preparatlarından ibarət yardımın Ramazan ayında edilməsi də nəzərə alınmalı olan faktorlandandır. Bu addım bir daha göstərir ki, Azərbaycan regional münaqişələr fonunda belə humanitar dəyərləri və beynəlxalq hüquq prinsiplərini rəhbər tutan dövlət kimi çıxış edir”, - deyə deputat bildirib.

R.Nəbiyev vurğulayıb ki, İran Prezident Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə etdiyi telefon zəngində həmçinin İrana humanitar yardımla bağlı niyyətinə görə dövlət minnətdarlığını bildirib.

Tahirə Qafarlı

Seçilən
46
hafta.az

1Mənbələr