AZ

“Bütün dünya İrandakı müharibənin bədəlini ödəyəcək” - Ərdoğan

"İrana hücumlar qlobal iqtisadiyyata təzyiq göstərir və dünya bu müharibənin bədəlini ödəyəcək”.

Missiya.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında deyib.

O bildirib ki, qonşumuz İranın infrastrukturuna ciddi ziyan dəyib. İran xalqı hər gün yaşamaq üçün mübarizə aparır. İrandakı müharibə qlobal dağıntılara səbəb olub. Bölgəmizdə köhnə münaqişələr bitməmişdən əvvəl yeni münaqişələr yaranır.

“Türkiyə olaraq, ətrafımızdakı böhranlara laqeyd qalan və ya böhran anlarında dostlarına və qardaşlarına arxa çevirən bir ölkə deyilik. Silahların susdurulmasına hələ ümidimizi itirməmişik”, - deyə siyasətçi vurğulayıb.

Ərdoğan qeyd edib ki, Türkiyəni ətrafdakı yanğından qorumaq üçün son dərəcə ehtiyatla hərəkət edirik.

Daşqın HəsənovMissiya.Az

Seçilən
37
missiya.az

1Mənbələr