İranın ABŞ-a qarşı iddia edilən tələbləri ilə bağlı məlumatların doğruluğunu qiymətləndirmək çətindir.
Herbiand.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Putin və Pezeşkianın telefon danışığı zamanı İranın ABŞ-a qarşı tələblərini müzakirə etmədiklərini deyib.
Kremlin sözçüsü Rusiyanın İran tərəfi və İran rəhbərliyi ilə daim əlaqə saxladığını qeyd edib. Vurğulayıb ki, Rusiya Yaxın Şərqdə sülhün bərpasına töhfə verməyə hazırdır:"Prezident Putinin dediyi kimi, Rusiya regionda sülhün və sabitliyin bərpası üçün əlindən gələni etməyə həmişə hazırdır. İlk məqam budur. Dünənki telefon danışığı zamanı bu mövzuların heç biri müzakirə olunmayıb. Əlbəttə ki, bu günlərdə bu məlumatın doğruluğunu qiymətləndirmək çətindir. Bu məlumat doğru informasiyadır, yoxsa informasiya sızması? Müəyyən dərəcədə şübhə həmişə zəruridir".
Qeyd edək ki, İranın danışıqların bərpası üçün ABŞ-dan müharibənin bərpa olunmamasına zəmanət, tam nüvə yanacaq dövriyyəsinə çıxış və kompensasiya tələb etdiyinə dair məlumat yayılıb.