AZ

Süni intellektin nəzarətsiz inkişafı “Terminator”un yaranmasına səbəb ola bilər - Çin MN

Süni intellekt texnologiyalarının hərbi məqsədlər üçün məhdudiyyətsiz istifadəsi Amerikanın “Terminator” filmində təsvir olunan hadisələrin gerçəkləşməsinə səbəb ola bilər.

Herbiand.az bildirir ki, bu barədə Çin Müdafiə Nazirliyinin rəsmisi Tsyan Bin deyib.

Onun sözlərinə görə, süni intellektdən məhdudiyyətsiz hərbi istifadə, onun digər dövlətlərin suverenliyini pozmaq üçün bir vasitə kimi istifadəsi, alqoritmlərin həyat və ölüm məsələsini həll etmək üçün səlahiyyətləndirilməsi yalnız müharibələrdə etik normaları və məsuliyyəti sarsıtmaqla yanaşı, həm də texnologiyanın nəzarətdən çıxması riskini yaradır: “Pekin mütləq hərbi üstünlüyə nail olmaq və ya digər ölkələrin suverenliyini və ərazi təhlükəsizliyini sarsıtmaq üçün süni intellekt və digər qabaqcıl texnologiyaların üstünlüklərindən istifadəyə qarşıdır”.

Tsyan Bin əlavə edib ki, Çin BMT-nin əsasını təşkil etdiyi süni intellekt sahəsində çoxtərəfli idarəetməni inkişaf etdirmək, risklərin qarşısının alınması və nəzarət tədbirlərini gücləndirmək və süni intellekt texnologiyalarının həmişə insan sivilizasiyasının tərəqqisinə töhfə verən bir istiqamətdə inkişaf etməsini təmin etmək üçün digər ölkələrlə əməkdaşlıq etməyə hazırdır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
29
herbiand.az

1Mənbələr