Yazını böyüt
Yazını kiçilt
AFFA İntizam Komitəsi “Sabah”ın məşqçisi Valerio Zuddası 7 oyunluq diskvalifikasiya edib.
Hafta.az xəbər verir ki, buna mütəxəssisin Misli Premyer Liqasının XXII turunun “Qarabağ”la matçında (3:3) rəqib komandanın ehtiyat skamyasında əyləşən şəxslərə qeyri-etik jest etməsi səbəb olub.
Nəticədə Bakı klubu da 15 000 manat məbləğində cərimələnib.
“Qarabağ”ın məşqçiləri Müşfiq Hüseynov və Zaur Tağızadə isə kütləvi davada iştirak etdiklərinə görə hərəsi 6 oyun cəza alıb. Klub isə ümumilikdə 12 000 manat cərimə ödəyəcək.