AZ

Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədr müavinləri - Əvəz Qocayev və Hüsnü Quliyev vəzifələrindən kənarlaşdırılıb. Demokrat.az-ın əldə etdiyi məlumata görə, bu addımın atılmasına səbəb sözügedən şəxslərin Dövlət Avtomobil Yolları Agentliyində fəaliyyəti dövrünün yoxlanılması ilə bağlıdır. Yoxlamalar AAYDA-nın sabiq rəhbəri Saleh Məmmədovun fəaliyyətinə də şamil olunub.

 

Sözügedən şəxslərin və Saleh Məmmədovun AAYDA-da çalışan qohumlarının yaxın günlərdə tutduqları vəzifədən də azad olunacağı gözlənilir.

 

Qeyd edək ki, Əvəz Qocayev və Hüsnü Quliyev Saleh Məmmədovun əsas kadrları hesab olunurlar.

 

Xatırladaq ki, Vüsal Nəsirli 6 fevral 2026-cı ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin yeni sədri təyin edilib.

Tarix: 11 Mart 2026, 14:49   
Seçilən
17
9
pravda.az

10Mənbələr