AZ

Avropa İttifaqı Şurasının Prezidenti Koşta Azərbaycana səfərə gəlib

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycana səfərə gəlib.

APA xəbər verir ki, o, bu barədə “X” hesabında bildirib.

Azərbaycanı Avropa İttifaqının əsas tərəfdaşı kimi xarakterizə edən Koşta Bakı ilə münasibətləri gücləndirdiklərini qeyd edib.

Koştanın sözlərinə görə, Aİ Azərbaycanla təhlükəsizlik, enerji, rəqəmsal texnologiyalar və nəqliyyat sahəsində əlaqələri daha da dərinləşdirməyə sadiqdir.

O, bu gün Bakıda Azərbaycan Prezidenti ilə görüşəcəyini də vurğulayıb.

Seçilən
77
8
apa.az

3Mənbələr