AZ

AFFA “Neftçi”ni 23 000 manat məbləğində cərimələyib

“Neftçi” klubu 23 000 manat məbləğində cərimələnib.

Bununla bağlı qərar AFFA İntizam Komitəsinin son iclasında qəbul edilib.

Buna Bakı klubunun azarkeşlərinin Misli Premyer Liqasının XXIII turunda “Turan Tovuz”la matçdakı davranışı səbəb olub. Belə ki, “Neftçi” azarkeşlər tərəfindən təhqiredici pankart açıldığına görə 15 000, hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyi və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığı üçün isə 8000 manat cərimə ödəyəcək.

Seçilən
46
3
azerbaijan-news.az

4Mənbələr