AZ

Bu miflərə inanmayın! Həkimdən ÇAĞIRIŞ

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Bəziləri düşünür ki, əgər mən vərəm xəstəsiyəmsə, artıq sağalmayacam, illərlə xəstə qalacam və cəmiyyət məni qəbul etməyəcək. Mən bu düşüncəni qəbul etmirəm. Əvvəl də qeyd etdiyim kimi, insan tam sağalır və yenidən cəmiyyətə, öz işinə qayıdır".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova bildirdi.

Həkim bu barədə yayılan digər miflərdən də bəhs etdi:

"Başqa bir mif də budur ki, əgər insan vərəm xəstəsidirsə, dərman qəbul etmədən, yalnız xüsusi qidalar və ya bitkilər qəbul etməklə sağala bilər. Bu da böyük bir mifdir. Belə yanaşma xəstəliyin daha da ağırlaşmasına səbəb ola bilər və onu daha çətin müalicə olunan formaya gətirə bilər. Digər bir mif isə odur ki, vərəm xəstəsi heç kim üçün təhlükə yaratmır və heç kimi yoluxdura bilməz. Bu çox böyük bir səhvdir. Əgər insan aktiv vərəm xəstəsidirsə, o, vərəm mikobakteriyasını ifraz edir. Düzgün müayinə və düzgün müalicə aparıldığı halda isə 2-3 həftə ərzində həmin mikobakteriyanın ifrazı dayanır. Belə halda insan hələ də vərəm xəstəsidir və müalicəsini davam etdirməlidir, lakin ailə və cəmiyyət üçün artıq təhlükə yaratmır. Çünki vərəm mikobakteriyasının ifrazı dayanır, kontagiozluq aradan qalxır və xəstə başqalarını yoluxdura bilmir. Ona görə də “mən sadəcə qrip və ya pnevmoniya kimi xəstəyəm, heç kimə zərər gətirmərəm” kimi düşüncələri bir kənara qoymaq lazımdır. Xəstələr öz sağlamlıqlarına çox diqqətli yanaşmalıdır".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
1
redaktor.az

2Mənbələr