AZ

“Kəpəz” azarkeşləri avtobussuzluğa görə rəhbərliyə etiraz etdi

ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Kəpəz”in yeni təyin olunan icraçı direktoru Ruslan Məmmədovla gəncəlilərin “Zona-20” fanklubunun üzvü Yusif Həsənov arasında problem yaşanıb. Belə ki, klubun Zirəyə yollanmaq istəyən azarkeşlər üçün avtobus ayırmaması onlarda qıcıq doğurub. Belədə Yusif Həsənov Ruslan Məmmədovla əlaqə saxlayıb. Azarkeş icraçı direktora “dövlətin ayırdığı pulu yeyirsən” dedikdə “yaxşı edirəm” cavabını alıb. “Zirə” ilə oyunun fasiləsində həmin azarkeşi tapdıq. Yusif Həsənov “Futbol+”ə məsələ ilə bağlı ətraflı danışdı:

“Biz “Kəpəz”in təmənnasız azarkeşləriyik. Mən şəhid qardaşıyam. Rəhbərlikdən xahiş etdim ki, bizə avtobus ayırın, mənə sərt üz göstərdilər. Bu avtobusla mən tək gəlmirəm. Yanımda şəhid, qazi övladları var. Şəhid ailələrindən nə istəyirlər? Onun səsini yazmışam. Futbol ictimaiyyətindən, AFFA-dan xahiş edirəm ki, bu insanın klubda nə iş gördüyü açıqlansın. Deyirəm ki, ora-bura pul dağıdırsız, deyir ki, “yaxşı edirəm”. Audit deyə bir şey var, araşdırsınlar görək. Alınan futbolçuların qiyməti bəlli deyil. İstədiklərini edirlər. Bu nə özbaşınalıq, anarxiyadı? “Kəpəz” 10-cu pillədədi. PRO kateqoriyalı məşqçi gətiriblər ki, komandanı irəli aparsın, biz də gözlədik. Azər Bağırov hamıya söz vermişdi ki, mövsüm başlasın, transferlər edəcəm. Azər bəy 9 futbolçu transfer edib. Hər şey göz qabağındadı, tablo hər şeyi deyir. Biz azarkeşləri həm rəhbərlik məyus edir, həm də Azər Bağırovla futbolçuları”.

“Rəhbərlik əvvəlki səfərlər zamanı sizə avtobus, ya da maliyyə ayırıbmı” sualıma isə belə cavab aldım:

“Zona-20” adlı kiçik azarkeş qrupumuz var. Bir neçə dəfə problem yaradıblar. Biz onlara təzyiq edəndən sonra məcburiyyət qarşısında qalaraq avtobus veriblər. Bu səfərdə hər şey göz qabağındadı”.

“Kəpəz” azarkeşləri həqiqətən də çox tələbkardı. Təkcə komandadan yaxşı nəticə yox, həm də Bakıya gəlmək üçün avtobus istəyirlər. Öz aramızdı, klubun fanklub qarşısında belə borcu yoxdu.MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
57
1
icma.az

2Mənbələr