AZ

İranın Buşehr AES-in əməkdaşlarının təxliyəsinin ikinci mərhələsi başa çatıb

İranın Buşehr Atom Elektrik Stansiyası əməkdaşlarının təxliyəsinin ikinci mərhələsi başa çatıb.

Missiya.Az xəbər verir ki, bunu Rusiyanın "Rosatom" dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçev bildirib.

Onun sözlərinə görə, bu gecə rusiyalı işçilərin və onların ailə üzvlərinin təxliyəsinin ikinci mərhələsi başa çatıb. Bu mərhələdə 150 nəfər Ermənistan vasitəsilə Rusiyaya aparılır.

A.Lixaçev jurnalistlərə açıqlamasında bildirib ki, təxliyə olunan şəxslər artıq Ermənistan sərhədini keçərək Rusiyaya doğru yola düşüblər.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Vaşinqton bu addımın məqsədlərindən birinin Tehranın nüvə proqramının dayandırılması olduğunu bildirib.

Buna cavab olaraq Tehran Fars körfəzində yerləşən Amerika hərbi bazalarına zərbələr endirib.

Martın 3-də isə Buşehr Atom Elektrik Stansiyasında yeni qurğuların tikintisinin dayandırıldığı elan edilib. Bundan əvvəl isə “Rosatom” əməkdaşlarının uşaqları və daha 94 işçi İrandan qabaqlayıcı tədbir kimi təxliyə olunub.

Seyranə Quliyeva

Missiya.Az

Seçilən
35
missiya.az

1Mənbələr