"Ghostbusters" filminin ulduzu Cennifer Runyon vəfat edib.
80-ci illərin əfsanəvi "Ghostbusters" və "Charles in Charge" filmlərindəki rolları ilə tanınan məşhur aktrisa Cennifer Runyon 65 yaşında vəfat edib. Ailəsinin verdiyi açıqlamada Runyonun uzun və çətin bir xəstəliklə mübarizə apardığı bildirilib:
"Ötən cümə gecəsi sevimli Cenniferimiz vəfat etdi. Bu, uzun və çətin bir səyahət idi və ailəsinin əhatəsində başa çatdı. O, həmişə həyat eşqi, ailəsinə və dostlarına olan sədaqəti ilə xatırlanacaq. Rahat uyu, əziz Jenn" .
Aktyorun ölümünün dəqiq səbəbi rəsmi olaraq açıqlanmasa da, onun bir müddətdir ciddi sağlamlıq problemi ilə mübarizə apardığı məlum olub./Milli.az/
