AZ

Ursula fon der Lyayendən şok rəqəmlər: Qaz 50%, neft 27% bahalaşdı

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen martın 11-də Avropa Parlamentindəki çıxışında Yaxın Şərqdəki münaqişənin Avropa iqtisadiyyatına vurduğu ağır zərbənin rəqəmlərini açıqlayıb.

Musavat.com xəbər verir ki, fon der Lyayen Avropanın enerji asılılığının bədəlini vergi ödəyicilərinin ödədiyini bildirərək, müharibənin cəmi 10 günü ərzində yanacaq idxalı xərclərinin 3 milyard avro artdığını vurğulayıb. "Bu, bizim asılılığımızın qiymətidir",- deyə o qeyd edib.

Münaqişə başlayandan bəri Avropada təbii qazın qiyməti 50%, neftin qiyməti isə 27% bahalaşıb. Ursula fon der Lyayen bildirib ki, Avropa hələ də qalıq yanacağın böyük hissəsini qeyri-sabit bölgələrdən idxal edir və bu, qitəni qlobal şoklara qarşı həssas edir. İdxal edilən yanacaq üçün çəkilən əlavə xərclər Avropa vergi ödəyicilərinə gündəlik orta hesabla 300 milyon avroya başa gəlib. Fon der Lyayen bəzi dairələrin ucuz yanacaq naminə yenidən Rusiyaya üz tutmaq təklifini "strateji səhv" adlandırıb və Avropanın öz enerji mənbələrinə — bərpa olunan enerji və nüvə gücünə daha çox sərmayə qoymalı olduğunu deyib.

Ekspertlər qeyd edirlər ki, Hörmüz boğazındakı gərginlik səbəbindən Qətərdən gələn mayeləşdirilmiş qaz (LNG) tədarükünün azalması Avropa bazarlarında rəqabəti artırır və qiymətləri yuxarı çəkir. Avropa Komissiyası hazırda enerji ödənişlərini azaltmaq üçün qaz qiymətlərinə "tavan" (yuxarı hədd) tətbiq edilməsi və digər fövqəladə tədbirlər üzərində işləyir.

Musavat.com

Seçilən
93
musavat.com

1Mənbələr