AZ

Şamaxinka da tıxac artır, AYNA isə əksini deyir FOTOLAR

ain.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Moskva prospektinin “Şamaxinka” adlanan yol sahəsində hərəkətin yenidən təşkili tıxacın artmasına və uzun müddət davam etməsinə səbəb olub. Vətəndaşlar, eyni zamanda avtobus sürücüləri vəziyyətdən narazıdır.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

Aidiyyəti qurum Ölkə.az-a bildirdi ki, aparılan təhlillər sıxlığın artmadığını göstərir. Qurumun məlumatına görə, işıqforla tənzimlənən hərəkət nəticəsində ərazidə daha rəvan hərəkət müşahidə olunur:

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Bakı-Sumqayıt yolunun bir neçə hissəsində layihələr icra edilib və ediləcək. Eyni zamanda proqramda nəzərdə tutulan yeni yol qovşaqları və yollar inşa olunduqdan sonra M1 magistral yolunun yükü azalacaq. Moskva prospektinin "Şamaxinka" adlanan yol sahəsində hərəkətin təşkilində dəyişikliklər bu layihələrin bir hissəsidir. 

Layihənin icrası nəticəsində hərəkət növbəliliyi işıqforlarla tənzimlənir. Sözügedən yol sahəsində işıqforların quraşdırılmasından sonrakı vəziyyət hazırda təhlil olunur. Təhlillər göstərir ki, dəyişiklikdən əvvəlki vəziyyətlə müqayisədə hazırda sıxlıq artmayıb. Əksinə hərəkət növbəliliyi işıqforla tənzimləndiyindən ərazidə rəvan və səliqəli hərəkət müşahidə edilir".

 Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
76
2
olke.az

3Mənbələr