Astana, 11 mart, AZƏRTAC
Sosial mediada bəzi şəhərlərdə yeni Konstitusiya ilə bağlı referendum üçün bülletenlərin qapı-qapı paylandığı barədə yalan məlumatlar yayılır.
AZƏRTAC Qazaxıstanın Dezinformasiya ilə Mübarizə Mərkəzinə istinadla xəbər verir ki, bülletenlər heç vaxt əvvəlcədən paylanmır və ya evlərə çatdırılmır. Onlar referendum günü vətəndaşlara seçki məntəqələrində şəxsiyyət vəsiqəsi və imza təqdim edildikdən sonra paylanır. Bülletenlər birbaşa gizli səsvermə kabinəsində doldurulur.
Referendum ərəfəsində bəzi şəhərlər həqiqətən də vətəndaşlara qeydiyyatdan keçmiş ünvanlarında məlumat verir, lakin bu, , bülletenlərin paylanmasına deyil, yalnız səsvermənin günü, vaxtı və yeri barədə məlumatlara aiddir. Qanuna görə, məntəqə komissiyaları vətəndaşlara səsvermədən azı on gün əvvəl məlumat verməlidir. Mərkəz vətəndaşları yalnız rəsmi mənbələrə etibar etməyə və təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməyə çağırıb.
Xatırladaq ki, Qazaxıstanın yeni Konstitusiya layihəsi üzrə ümumxalq referendumu 2026-cı il martın 15-də keçiriləcək.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana