AZ

Avropa ABŞ və Çinin hegemon olmadığı düşərgə axtarışındadır

Dünya ABŞ və Çin arasında getdikcə artan rəqabət mərhələsinə daxil olur. Avropa üçüncü bir yolu seçməlidir ki, sonra hansısa düşərgəyə qoşulmaq məcburiyyətində qalmasın.

AZƏRTAC xəbər verir ki, bu barədə fikri Fransanın xarici işlər naziri Jan-Noel Baro “France 2” televiziya kanalında çıxışı zamanı səsləndirib.

“Formalaşmaqda olan dünya iki supergüc arasında artan rəqabət dünyasıdır: XX əsrin supergücü olan ABŞ və yüksələn supergüc Çin”, – deyə nazir bildirib. Onun sözlərinə görə, bu strateji rəqabət müəyyən bir mərhələdə münaqişələrə səbəb ola bilər.

Bu kontekstdə Baro vurğulayıb ki, Fransa və Avropadakı tərəfdaşları üçün əsas məsələ Yaxın və Orta Şərqdə davam edən mövcud böhranlardan daha genişdir.

Nazir Avropanın strateji muxtariyyətinin vacibliyinə də toxunub. “Bizim dünya və özümüz haqqında baxışımız güclü və müstəqil Fransa və Avropadır”, – deyə o bildirib.

Seçilən
13
2
azerbaijan-news.az

3Mənbələr