AZ

Dünya heç vaxt olmadığı qədər çoxqütblü olsa da, çoxtərəflilik zəifləyir - Şarl Mişel

Bakı.Trend:

Dünya heç vaxt olmadığı qədər çoxqütblü olub, lakin eyni zamandaçoxtərəflilik bu gün əvvəlkindən daha zəifdir.

Trend xəbər verirki, bunu Avropa İtttifaqı Şurasının keçmiş prezidenti Şarl Mişelmartın 12-dən 14-ə kimi keçiriləcək XIII Qlobal Bakı Forumuçərçivəsində keçirilən mətbuat konfransında bildirib.

“Dünya heç vaxt olmadığı qədər çoxqütblü olub və eyni zamandagörürük ki, bu gün çoxtərəflilik heç vaxt olmadığı qədər zəifdir.Bundan əlavə, biz yenidən böyük güclər arasında sərt rəqabətinşahidi oluruq. Dünyanın müxtəlif bölgələrində getdikcə daha çoxölkənin bu proseslərdə iştirak etdiyini müşahidə etmək olar. Bu,artıq bir neçə ildir müşahidə etdiyimiz uzunmüddətlitendensiyadır”, – deyə o bildirib.

Mişelin sözlərinə görə, energetika sahəsindəki ənənəvi rəqabətəəlavə olaraq, yeni rəqabət istiqamətləri də meydana çıxır.

“Təbii resurslar sahəsində də görürük ki, texnologiyalarvasitəsilə, eləcə də nüvə energetikasına qayıdış fonunda ölkələr vəgüclər arasında rəqabətin formalaşdığı yeni sahələr yaranır”, –deyə o bildirib.

Onun sözlərinə görə, yalnız bir böyük gücün ardınca getməkistəməyən orta gücə malik dövlətlər də meydana çıxır. Bu ölkələrdaha çox imkan və daha yüksək dayanıqlılıq əldə etmək üçüntərəfdaşlıqlarını şaxələndirməyə çalışırlar.

Şarl Mişel qeyd edib ki, mövcud şəraitdə Bakı Qlobal Forumuqarşılıqlı anlaşmanı yaxşılaşdırmaq və müəyyən səylər göstərməküçün mühüm imkan yaradır.

Məqalədə:
Seçilən
35
1
az.trend.az

2Mənbələr