Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 17-ci turu ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarlarla sizi də tanış edir:
İkinci Liqa, 17-ci tur
“Şirvan” – “Quba” oyununda “Quba”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.
“Şəmkir” – “Xankəndi” qarşılaşmasından əvvəl “Şəmkir” komandası Əsasnamənin tələblərini pozaraq oyuna çıxacağı forma haqqında məlumat vermədiyinə, AFFA nümayəndəsinin, PFL-in tələblərinə məhəl qoymadığına, müxtəlif bəhanələrlə matçın keçirilməsindən imtina etdiyinə və PFL tərəfindən təyin edilmiş, nümayəndə və hakimlər tərəfindən bildirilmiş oyun vaxtında meydançaya çıxmadığına görə “Şəmkir”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.
“Ağdaş” – “Qaradağ Lökbatan” oyununda “Ağdaş”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. Oyunun 81-ci dəqiqəsində “Ağdaş”ın futbolçusu Vasif Nəsirov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimi təhqir etdiyinə görə 5 oyunluq cəza alıb. “Ağdaş” buna görə 1000 manat cərimə ödəyəcək.
