AZ

Ayaz Abdullayev “Quba”dan getdi – ARENA.AZ

Futbol üzrə Azərbaycan İkinci Liqasında mübarizə aparan “Quba” klubunun prezidenti Ayaz Abdullayev vəzifəsindən gedib.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Rəsmi açıqlamada bunlar qeyd edilib:

“Məlumatınıza çatdırırıq ki, Ayaz Abdullayev “Quba” PFK-da fəaliyyətini başa vurub. Onun rəhbərliyi dövründə klub qısa müddətdə böyük inkişaf yolu keçib. Komanda Region Liqasından İkinci Liqaya yüksəlib, ötən mövsüm pley-off mərhələsinə vəsiqə qazanıb, bu mövsüm isə çempionatın ilk üçlüyündə qərarlaşaraq mühüm nəticələr əldə edib.

O, şəxsi işlərinin çoxluğu səbəbindən klubun nəzarətsiz qalmaması və daha irəliyə getməsi üçün vəzifəsini təhvil verib. Yaxın günlərdə yeni icraçı direktorun və yeni rəhbərin adları açıqlanacaq.

Quba futbolunun inkişafı naminə göstərdiyi zəhmət və klubun əldə etdiyi uğurlarda verdiyi töhfələrə görə Ayaz Abdullayevə klubumuz adından minnətdarlığımızı bildirir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Hər şey “Quba” Peşəkar Futbol Klubunun daha yaxşı gələcəyi naminədir!”

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
18
11
arena.az

10Mənbələr