AZ

“Sabah” iki rekordu bir oyunda təkrarladı – ARENA.AZ

2025/26 mövsümündə uğurlu çıxışı ilə diqqət mərkəzində olan “Sabah” Premyer Liqada ən böyükhesablı ev qələbəsini qazanıb.

Arena.az xəbər verir ki, Bakı klubu Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 23-cü turunda “Qəbələ”ni 7:1 hesabı ilə məğlub edib.

Bu, həm də ən böyük fərqli qələbəsinin təkrarı olub. 2022-ci il dekabrın 23-də “Sumqayıt”ın qonağı olan bakılılar 6:0 hesablı qələbəyə sevinmişdilər. Həmin matç da Premyer Liqa çərçivəsində baş tutmuşdu. 2022/2023-cü illər mövsümündə səfərdə 6 top fərqi ilə qalib gəlmiş “Sabah” eyni uğuru evdə təkrarlayıb.

“Bayquşlar” Premyer Liqanın cari mövsümünün ən böyük qələbəsini də təkrarlayıblar. 23-cü turun bir gün əvvəlki matçında “Qarabağ” “Araz-Naxçıvan”ı 6:0 hesabı ilə məğlub etmişdi. Bu rekordu təkrarlamış paytaxt təmsilçisi mövsümün bir oyununda 7 qol vuran ilk komanda olub və öz tarixində ilk dəfə Premyer Liqa görüşündə bu qədər qol vurub.

Hazırda Valdas Dambrauskasın rəhbərlik etdiyi “bayquşlar” Premyer Liqanın cari mövsümündə 23 oyuna qazandıqları 56 xalla zirvədə qərarlaşıblar. 17 qələbə qazanmış komanda 5 heç-heçə və 1 məğlubiyyət də görüb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
25
11
arena.az

10Mənbələr