AZ

Dünya çempionu “Liverpul”dan ayrılmaq istəyir

Aleksis Makallister mövsümün sonunda “Liverpul”dan ayrılmaq niyyətindədir.

Msport.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi klub rəhbərliyinə transfer məsələsi ilə bağlı müraciət edib.

Bildirilir ki, dünya çempionu karyerasında yeni çağırış axtarır və başqa çempionatda özünü sınamaq istəyir. 25 yaşlı futbolçunun adı əvvəllər PSJ və “Real” kimi klublarla hallanırdı.

Qeyd edək ki, Makallisterin “Liverpul”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. O, bu mövsüm İngiltərə Premyer Liqasında 28 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Seçilən
32
msport.az

1Mənbələr