AZ

Paşinyan İlham Əliyevə təşəkkür edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan vasitəsilə dəmir yolu yükdaşımalarının bərpasına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Missiya.Az xəbər verir ki, Paşinyan bu fikirlərini martın 11-də Avropa Parlamentində (AP) çıxışı zamanı səsləndirib.

Baş nazirin sözlərinə görə, müstəqillik dövründə ilk dəfə 2025-ci ilin noyabr ayında yük qatarı Azərbaycan və Gürcüstan vasitəsilə tranzitlə Ermənistana çatıb:

“1991-ci ildən bəri bu ilk haldır. 2025-ci ilin oktyabrında Azərbaycan Prezidentinin dəmir yolu daşımalarına qoyulmuş məhdudiyyətləri aradan qaldıracağını açıqlamasından sonra bu mümkün oldu. Mən Azərbaycan Prezidentinə bu qərara görə minnətdaram.”

O, həmçinin bildirib ki, Ermənistan Azərbaycandan Türkiyəyə və əks istiqamətdə yüklərin tranzitinə öz növbəsində hazırdır və bunu mövcud yol şəbəkəsi vasitəsilə həyata keçirə bilər.

Paşinyan qeyd edib ki, Ermənistan artıq bu gündən Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında mövcud infrastrukturdan istifadə edərək avtomobil əlaqəsini təmin etməyə hazırdır.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
59
4
missiya.az

5Mənbələr