AZ

Moldova son addımı atdı: MDB-dən çıxır

Moldova hökuməti Müstəqil Dövlətlər Birliyinin (MDB) əsas sənədlərinin denonsasiyasını təsdiqləyib. Bu addım ölkənin təşkilatdan çıxışı istiqamətində son mərhələ hesab olunur.

Publika.az xəbər verir ki, bu barədə "Newsmaker" məlumat yayıb.

Moldova hökuməti 11 martda keçirilən iclasda MDB müqaviləsini, onun protokolunu və nizamnaməsini ləğv etmək qərarına gəlib. Qərar təsdiqlənməsi üçün parlamentin müzakirəsinə təqdim ediləcək.

Prosedur Moldova Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə başladılıb. Nazirlik bildirib ki, Rusiya bu birlik çərçivəsində əsas prinsipləri pozub və bu addım Moldovanın Avropa İttifaqına inteqrasiya kursunun tərkib hissəsidir.

Eyni zamanda qeyd olunub ki, MDB-nin əsas sazişlərinin denonsasiyası Moldovanın təşkilat çərçivəsində imzaladığı digər faydalı razılaşmalardan avtomatik imtina etməsi demək deyil. Xüsusilə ticarət-iqtisadi sahədə, o cümlədən azad ticarət zonası ilə bağlı müqavilələr ölkənin iqtisadi maraqlarına uyğun olduğu müddətdə qüvvədə qalacaq.

Seçilən
126
publika.az

1Mənbələr