AZ

Cənubi Koreya Yaxın Şərqdəki gərginliyə görə nüvə reaktorlarının işini bərpa edir

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Cənubi Koreya hakimiyyəti Yaxın Şərqdə münaqişəsinin kəskinləşməsi fonunda yanacaq tədarükündə yaranmış problemlərə görə nüvə enerjisinin yenidən işə salınmasını sürətləndirmək qərarına gəlib.

Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Sözügedən ölkənin İqlim, Energetika və Ətraf Mühit Nazirliyinin bəyanatına əsasən, 2026-cı ilin martında iki enerji bloku, 2027-ci ilin mayında isə daha dörd blokun istismara verilməsi planlaşdırılıb.

"Bloomberg"in məlumatına görə, Cənubi Koreyanın enerji sistemi böyük ölçüdə atom elektrik stansiyalarından, təbii qazdan və kömürdən qidalanır. Bu da ölkəni regionun digər dövlətləri kimi idxal olunan qalıq yanacaq tədarükündən asılı edir.

Xəbərdə bildirilir ki, ötən il Cənubi Koreya mayeləşdirilmiş təbii qazın təxminən 14%-ni Qətərdən idxal edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
oxu.az

1Mənbələr