Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İranda ABŞ-İsrail müharibəsi nəticəsində minlərlə mülki obyekt zərər görüb.
Redaktor.az xəbər verir ki, bu barədə "Əl‑Cəzirə" məlumat yayıb.
Məlumata görə, İran Qızıl Aypara Cəmiyyəti müharibə nəticəsində 19 734 mülki tikilinin zərər gördüyünü bildirib.
Təşkilatın açıqlamasında qeyd olunub ki, zərər çəkmiş obyektlər arasında 77 tibb mərkəzi və 65 təhsil müəssisəsi də var.
Həmçinin Qızıl Aypara Cəmiyyətinin idarə etdiyi 16 obyektin də zərər gördüyü bildirilib.
Daha əvvəl yayılan məlumatlarda isə İranda müharibə nəticəsində ölənlərin sayının 1300 nəfəri keçdiyi qeyd olunub.
Aminə ŞAHSUVARQIZI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.