AZ

Putin G20 sammitində iştirak edəcək? Peskovdan açıqlama

Yeniavaz saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin Mayami şəhərində keçiriləcək G20 sammitində iştirak etməyəcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

“Putinin G20 sammiti üçün Mayamiyə səfəri ilə bağlı heç bir söhbət getmir”, - deyə Kremlin mətbuat katibi Putinin Mayamiyə mümkün səfəri ilə bağlı suala cavab olaraq bildirib.

Qeyd edək ki, G20 sammiti 14-15 dekabr 2026-cı il tarixlərində keçiriləcək. Tədbir üçün seçilən məkan ABŞ Prezidenti Donald Trampın şirkəti olan “The Trump”a məxsus “Trump National Doral” klubudur.

ABŞ-nin sədrliyi ilə keçiriləcək G20 XİN rəhbərlərinin görüşü isə 30-31 oktyabr 2026-cı il tarixlərində baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
1
yeniavaz.com

2Mənbələr