AZ

Ağstafada görkəmli təhsil işçisi vəfat etdi FOTOLAR

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Əslən Qərbi Azərbaycanın Göyçə mahalının Ağzibir kəndindən olan görkəmli təhsil işçisi, yazıçı-publisist Aydın Tağızadə 76 yaşında vəfat edib.

Globalinfo.az bildirir ki, vəfatı ilə əlaqədar mərhumun Ağstafa şəhərində yaşadığı ünvanda təşkil olunan mərasimdə, o cümlədən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, məsul şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hər zaman Vətəninə, elinə-obasına bağlılığı ilə seçilən ziyalının keçdiyi şərəfli ömür yolundan bəhs olunarkən qeyd olunub ki, görkəmli təhsil işçisi Aydın Tağızadə, 40 ilə yaxın orta ümumtəhsil müəssisəsinin direktoru kimi Ağstafa təhsilinə böyük töhfələr vermişdir. O, həmçinin Azərbaycan Respublikasının Bədən Tərbiyəsi və İdman əlaçısı, boks üzrə idman ustası, eyni zamanda, stolüstü tennis, şahmat və futbol oyunları üzrə birinci dərəcəyədək yüksəlməyi bacarmışdır. Onun vətənpərvərliyi, sağlam həyat tərzi hər zaman yeniyetmə və gənclər üçün də böyük örnək olmuşdur.

Allahdan Aydın Tağızadəyə rəhmət, ailəsinə səbr və dərin hüznlə baş sağlığı diləyirik!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
2
globalinfo.az

3Mənbələr