AZ

İqtisadiyyat nazirinin müavini Xankəndidə vətəndaşların müraciətlərini dinləyəcək

Yeniazerbaycan saytından alınan məlumata görə, ain.az bildirir.

Martın 13-də iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Xankəndidə vətəndaşlarla görüşəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş saat 12:00-dan etibarən Xankəndi şəhəri, Üzeyir Hacıbəyli küçəsi 2 ünvanında, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsinin inzibati binasında keçiriləcək.

Görüşdə iştirak etmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya “195-1” Çağrı Mərkəzinə zəng etməklə nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
2
yeniazerbaycan.com

3Mənbələr