AZ

“Napoli” aparıcı futbolçusuna yeni müqavilə təklif edəcək

Bakı, 11 mart, AZƏRTAC

İtaliyanın "Napoli" klubu aparıcı futbolçusu Skott MakTominayə yeni müqavilə təklif etməyi planlaşdırır.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, Neapol təmsilçisi şotlandiyalı yarımmüdafiəçinin sözləməsinin müddətini 2030-cu ilin yayınadək uzatmaq istəyir.

İddiaya görə, MakTominey yeni təklifi qəbul etsə, komandanın ən yüksəködənişli oyunçusu olacaq.

Qeyd edək ki, 2024-cü ildən “Napoli”də çıxış edən Skott MakTominey ötən mövsüm A Seriyası çempionluğu yaşayıb və turnirin ən dəyərli futbolçusu seçilib. 29 yaşlı yarımmüdafiəçi bu mövsüm İtaliya çempionatında 6 qol vurub.

Seçilən
21
azertag.az

1Mənbələr