AZ

Nəsimidə qabağa düşməyə çalışan taksi sürücüsü maşını avtobusa çırpdı VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonu ərazisində baş verən qəza bir sıra yollarda tıxaca səbəb olub.

Azərbaycanda tanınmış cərrah əməliyyatı qüsurlu icra etdi: 32 min ödəyəcək

Avtosfer.az xəbər verir ki, rayonun Mərdanov qardaşları küçəsində, Ənvər Qasımzadə küçəsi ilə kəsişmədə baş verən qəza hərəkət axınına maneə yaradıb. Belə ki, 3 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus Rusiya səfiriliyinə yaxınlaşarkən 99-UQ-592 nömrə nişanlı “BYD” markalı avtomobillə toqquşub. Hadisə şahidlərinin bildirdiyinə görə, taksi sürücüsü avtobusun hərəkətdə olduğunu görsə də, qabağa düşmək üçün maşını iki avtobusun arasına soxmağa çalışıb. Nəticədə, 3 nömrəli avtobusun kənarına çırpılıb.

Mövzu ilə əlaqədar “BakuBus” MMC-dən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 10:10 radələrində BakuBus MMC-nin istismarında olan 3 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birinin iştirakı ilə kiçik yol-nəqliyyat hadisəsi baş verib.

Avtobusda olan sərnişinlər operativ şəkildə həmin marşrut üzrə hərəkət edən digər avtobusa yönləndirilib.

Baş verən yol-nəqliyyat hadisəsi əhəmiyyətli xarakter daşımadığından avtobusun hərəkəti qısa müddət ərzində bərpa edilib.

Səfər

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
71
avtosfer.az

1Mənbələr