Bu yay ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatında oyun qaydalarına yeni dəyişiklik tətbiq ediləcək.
"Football-plus.az" xəbər verir ki, məlumatı “The Athletic” nəşri yayıb.Təşkilatçı ölkələrdəki iqlim şəraiti nəzərə alınaraq matçlar zamanı əlavə fasilələr olacaq.
Belə ki, hər hissənin ortasında futbolçular üçün qısa su fasiləsi verilməsi planlaşdırılır. Bu fasilələr həm də oyunçuların az da olsa dincəlməsi üçün nəzərdə tutulub. Həmin müddətdə televiziya kanallarına reklam yayımlamaq imkanı da yaradılacaq.
Qeyd edək ki, bu qərar azarkeşlər arasında birmənalı qarşılanmasa da, FİFA bu addımı futbolçuların sağlamlığını qorumaq məqsədi ilə əlaqələndirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta