Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu olan Hüseyn Zeynallı 1993-cü il martın 11-də Cəlilabad rayonunda anadan olub.
QHT.az xəbər verir ki, o, 2011-2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub və üç il Daxili Qoşunlarda xidmət etdikdən sonra Milli Orduda MAXE kimi çalışmağa başlayıb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərə qatılıb və sentyabrın 30-da Yuxarı Seyidəhmədli kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Hüseyn Zeynallı göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!