Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Yamaldan növbəti rekord
“Barselona”nın gənc ulduzu Lamin Yamal Çempionlar Liqasının 1/8 finalında “Nyukasl”la matçda (1:1) vurduğu qolla klub tarixində fərqlənib.
QOL.az xəbər verir ki, 90+6-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən 18 yaşlı vinger bu mövsüm qollarının sayını 20-yə çatdırıb. O, son 15 ildə “Barselona”da bir mövsümdə 20 qol vuran ilk ispaniyalı futbolçu olub.
Qeyd edək ki, Kataloniya təmsilçisində sonuncu dəfə bu göstəriciyə 2010/2011 mövsümündə 23 qolla David Vilya nail olub.
Xatırladaq ki, Yamal cari mövsümdə 37 matçda 20 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.